Saat:08:17
Haqqımızda

Prezidentdən dünyaya verilən vacib MESAJLAR: Əliyevin “Dəmir Yumruğu” kimlərin başını əzə bilər? – ŞƏRH

2021-09-25 17:56:00

Prezidentdən dünyaya verilən vacib MESAJLAR: Əliyevin “Dəmir Yumruğu” kimlərin başını əzə bilər? – ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı və Rusiyanın “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibəsi sözün əsl mənasında böyük səs-küy yaratdı. Müsahibədə ölkə başçısı dünyaya bir sıra ciddi mesajlar verdi. Prezident İlham Əliyev rusiyalı sülhməramlıların fəaliyyətindən tutmuş, müharibə vaxtı PUA-lardan istifadəyə, o cümlədən “Dəmir yumruq” əməliyyatının ən vacib mərhələlərindən, XTQ-nin döyüşlərdəki roluna qədər bütün məsələlərdən danışdı. Ölkə başçısı Ermənistana seçim etməli olduğu haqda çağırış da etdi.

Hurriyyet.az xəbər verir ki, mövzunu KONKRET.az-a şərh edən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bir sıra maraqlı məqamlara toxunub. Ekspert bildirib ki, Prezidentin müsahibəsində ən başlıca məqam, onun bir il öncəki Vətən müharibəsinin ildönümü ərəfəsinə təsadüf etməsidir: “ Bu, bir neçə mühüm məsələni özündə əks etdirir. Birinci növbədə Azərbaycanın hərbi və siyasi qələbəsinin bütövlükdə bölgədə böyük dəyişikliyə yol açdığı və ən əsası isə baş verənlərin qlobal dinamikada öz yerini tutduğu əks olunub. Digər məsələ ondan ibarətdir ki, Prezident hərbi prizmadan müəyyən detalları açıqladı və bu çox önəmlidir. O cümlədən “dəmir yumruq” əməliyyatının hazırlanması və bu ifadənin dilimizdə bir simvola çevrilməsi onu göstərir ki, Azərbaycan eyni şərait yaranarsa Ermənistanın başına yenidən bu zərbəni endirə bilər. Yəni bu ifadə yunanların “domokl qılıncı” kimi mühüm bir mahiyyətə malikdir. Başqa bir önəmli məsələ Azərbaycanın hərbi strategiyasının daimi mövcudluğuna vurğunun qoyulması idi. Burada ən vacib məqam odur ki, ölkənin milli təhlükəsizliyi onun çevik reaksiyasından və mövcud sistemlərin kordinasiyalı şəkildə işləməsindən asılıdır. Şübhəsiz ki, digər önəmli məqam Azərbaycan xalqının hərbi potensialının, iqtisadi-siyasi və digər imkanların müharibədə oynadığı rolla bağlıdır. Prezidentin çıxışında bu vacib məsələlər çox önəmli hissəni əhatə edirdi. Hesab edirəm ki, müharibə Azərbaycan xalqının 44 günlük resurslarını nümayiş etdirdi. Yəni 44 gün davam edən müharibə o deməkdir ki, burada kifayət qədər resurslar istifadə olunub. Bu isə Azərbaycanın daxili potensialı hesabına ödənilib”.

Əziz Əlibəyli ölkə başçısının müharibə cinayətləri və insan haqları məsələsinə də kifayət qədər yer ayırdığını deyib:  “Prezidentin müharibə dövründəki liderliyi isə ayrıca bir mövzudur. Bu, İlham Əliyevin hakimiyyətinin 2020-ci ilə qədərki dönəmləri ilə qətiyyən üst-üstə düşmür. Hərbi-strateji baxışları, müharibədəki davranışları, döyüşü həm də informasiya savaşında öz çiyinləri üzərinə götürməsi, onun yeni idarəçilik formasını ortaya çıxartdı. Başqa bir vacib məsələ Prezidentin Şuşanın azad edilməsi ilə bağlı fikirləri oldu. Təbii ki, Şuşa Qarabağın yuxarı hissəsində yerləşdiyindən oranın Strateji mövqeyi də çox əhəmiyyətlidir. Yəni Şuşanın Xankəndinin üstündə yerləşməsi, istənilən an oradan şəhərə tərəf hərbi-strateji həmlə edə bilməyimiz üçün geniş imkanlar yaradır. Bu baxımdan Şuşanın azad edilməsi ayrıca bir fenomendir və dünya hərb tarixində müasir bir mərhələ təşkil edir. Həmçinin ölkə başçısının Hadrut məsələsinə toxunması ermənilərin Dağlıq Qarabağ yaratmaq arzusunu ürəyində qoydu. Çünki Hadrutun fəth edilməsi düşmənin bu arzusunun ürəyində dəfn edilməsi ilə nəticələnib. Prezidentin bunu xatırlatmasının özü vacib bir mesaj idi. Eyni zamanda İlham Əliyev Pilotsuz Uçuş Aparatlarının (PUA) müharibədəki roluna toxunmaqla digər əhəmiyyətli bir mövzunu gündəmə gətirdi. Çünki PUA-lardan istifadə müharibənin taleyini həll edib. Dünya hərb tarixində ilk dəfə idi ki, PUA-lardan daha peşəkar şəkildə istifadə olunurdu və bunlar imkan verdi ki, uğurları tam təmin edə bilək”.

Əziz Əlibəyli:Dünyada peşə fəaliyyətinə görə öldürülmək ən ağır cinayətdir

“Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri ilə bağlı Prezidentin çıxışına toxunan ekspert bunları deyib: “Azərbaycan XTQ-sinin Şuşa əməliyyatı ayrıca bir səhifə təşkil edir. Dünyanın heç bir yerində heç bir hərbi struktur Şuşa əməliyyatı kimi bir tapşırığı icra edə bilməyib. Bu o deməkdir ki, Azərbaycan XTQ-sinin hərbi bacarığı dünya hərb tarixinin salnaməsinin mühüm hissəsini təşkil edir. Başqa önəmli məsələ Prezidentin düşmənin hərbi cinayətlərini önə gətirməsi idi. Xüsusən Gəncə, Tərtər və Bərdəyə atılan raketlərin müharibə cinayəti olduğunu dünyaya bir daha çatdırdı. Prezidentin çıxışlarındakı ən önəmli məqamlardan biri də müharibədən sonrakı dövrlə bağlıdır. Azərbaycan-Rusiya və Ermənistan baş nazirləri çərçivəsində görüşlərin davam etdirilməsi, Qarabağla bağlı erməni tərəfinin iddialarını ortadan çıxarır. Azərbaycan tərəfinin bölgənin tarixinə aid olan düşüncələri genişlənir. Hazırda 3+3 təşəbbüsü mövcuddur. Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyası, sülh müqaviləsinin imzalanması, bölgədə olan bütün dövlətlərin kommunikasiyanı bərpa etməsi çox önəmli məsələlərdir. Düşünürəm ki, Prezidentin çıxışlarındakı bu tezislər olduqca əhəmiyyətlidir və ən önəmli hissəni təşkil edir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR