Prezidentdən ANAMA ilə bağlı - Fərman
2022-12-22 14:56:00
.jpg)
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin tərkibi genişləndirilib.
Hurriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli və “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2021-ci il 2 fevral tarixli 1276 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanla Agentliyin İdarə Heyətinin sayı artırılaraq 4 edilib.
Əvvəl isə Agentliyin İdarə Heyətinin tərkibi 3 (üç) üzvdən ibarət idi.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya