Prezidentdən AÇIQLAMA: Mərkəzi Asiya qlobal tranzit qovşağına çevriləcək
2024-05-03 10:57:09

Mərkəzi Asiya qlobal tranzit mərkəzinə çevriləcək. Bu barədə açıqlamanı Özbəkistan prezidenti Mirziyoyev bildirib.
“Çin-Qırğızıstan-Özbəkistan və Özbəkistan-Əfqanıstan-Pakistan dəmir yollarının tikintisi Mərkəzi Asiyanın geoiqtisadi profilini kökündən dəyişəcək və regionu Şimalla Cənub, Şərq və Qərbi birləşdirən qlobal tranzit mərkəzinə çevirəcək”, deyə Özbəkistan Respublikasının prezidenti Mirziyoyev Üçüncü Daşkənd Beynəlxalq İnvestisiya Forumunda bildirib.
Ülviyyə, Hurriyyet.az
