Saat:07:38
Haqqımızda

Prezidentdən AÇIQLAMA : ATƏT-in Minsk Qrupunu və bütün əlaqədar qurumları ləğv etməyin vaxtı çatıb

2024-05-14 12:31:38

Prezidentdən AÇIQLAMA : ATƏT-in Minsk Qrupunu və bütün əlaqədar qurumları ləğv etməyin vaxtı çatıb

Prezident İlham Əliyev bildirib ki, ATƏT-in Minsk Qrupunu və bütün əlaqədar qurumları ləğv etməyin vaxtı çatıb.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin bununla razılaşmaması üçün heç bir səbəb yoxdur.

Dövlət başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması məsələsi bu qurum yaradılandan bəri ATƏT-in gündəmində olsa da, nə bu təşkilat, nə də ATƏT-in Minsk Qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün hər şeyi edib. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət edib.

Prezident vurğulayıb ki, Azərbaycan öz iradəsi və gücü sayəsində işğala son qoyub, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edib.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.194712