Prezident yaltaqları sevmir... – ELDAR SABİROĞLU YAZIR

2023-01-21 23:49:00

Prezident yaltaqları sevmir... – ELDAR SABİROĞLU YAZIR

Nə Azərbaycan dünənki Azərbaycandır, nə də Prezident sırağagünkü dövlət başçısıdır. Bəli, günümüzün siyasi reallığı belədir, istəsək də, istəməsək də zamanın həqiqətini olduğu kimi qəbul etməliyik. Fikrimizin təsdiqi üçün xeyli misal gətirə bilərik və bu illər ərzində prezidentin düşüncə tərzində, siyasi təfəkküründə, analiz və təhlillərində hədəfi müəyyən edərək ona qarşı məntiqli tədbirlər görmək istedadı və yüksək bacarığı dövlət başçısı olaraq dünyada nüfuzunu xeyli dərəcə də artırmışdır. 44 günlük Zəfər savaşında göstərdiyi şücaət və qəhrəmanlıq, müharibəni idarə etmək  səriştəsi Azərbaycanın tarixinə şanlı səhifələr yazmışdır.

Əslində, mən Prezidentin haqqında bunları yazmamalıydım. Səbəbini xalq bilir, ona görə də onun keçmişdəki mənə olan  ədalətsizliyi üzərində dayanmağı məqsədəuyğun hesab etmirəm. Müharibədə bir əsgər kimi düşmənlə üz-üzə savaş yapan dövlət başçısı ilə vuruşmağı sonraya saxlayıram. Özü də çox yaxşı bilir ki, mən də özümə görə deyiləm. Lakin ona toxunmamaq qərarına niyə gəldim?! Adını deməyəcəyəm. Bir döyüşçü ilə maraqlı söhbətimiz oldu. Dedikləri tüklərimi biz-biz edirdi. Sən demə, Şuşada və Laçında, hərəsində iki gün olmaqla gecə və gündüz əlində silah erməni faşistlərinə qarşı döyüşmək üçün əsgərlərlə bir sırada dayanmışdır. Əsgər süfrəsindən yemək də yeyirmiş. Yaltaqlar üçün yazdım bu yazını!

Niyə məhz yaltaqlar üçün?! Çünki ölkənin siyasi-ictimai-sosial mühitindəki müəyyən problemin, narazılığın yaranmasınının kökündə məhz bu səbəb dayanır. Yoxsa ölkə daxilində elə bir güc yoxdur ki, dövlətin rəhbərliyi üçün hansısa həyacanı, qorxu hissini yarada bilsin... Yaxın beş ildə bu prosesin baş verəcəyinə inam demək olar ki, çox azdır

Prezident Əliyevi tam olmasa da müəyyən dərəcədə tanıyan adam kimi deyə bilərəm ki, onun satqın, xəyanətkar, iblis obrazlardan qətiyyən xoşu gəlmir. Vasif Talıbovu təssəvvürə gətirmək, məncə, kifayət edər. Yaltaqların üzünə gülməyinə isə baxmayın. Zəhləsi gedir belələrindən. Ancaq onları yaxına buraxması, ictimai rəydə müsbət qarşılanmır. Yaltaqlar bu gün saxta tərif edir, sabah məqam gələn kimi birinci satan da onlar olacaqlar..

Eldar SABİROĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.145993