Prezident və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib
2025-03-27 12:43:52

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Çöl Qala məscidi və bulağının bərpadan sonra açılışında iştirak edib.
Hurriyyet.az xəbər verir ki, dövlət başçısı və Birinci vitse-prezident həmçinin iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.
Report.az
