Prezident sərhəddəki vəziyyətlə bağlı müşavirə keçirdi - Foto

2022-09-13 15:39:00

Prezident sərhəddəki vəziyyətlə bağlı müşavirə keçirdi - Foto

Sentyabrın 13-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib.

Müşavirədə aidiyyəti üzrə məruzələr təqdim edilib, Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün müvafiq vəzifə və tapşırıqların yerinə yetirildiyi bildirilib.

Qeyd olunub ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət edir. (Qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.109850