Saat:23:43
Haqqımızda

Prezident seçkisində səsvermə prosesinə start verildi

2024-02-07 09:08:19

Prezident seçkisində səsvermə prosesinə start verildi

Azərbaycanda növbədənkənar prezident seçkisi ilə əlaqədar səsvermə prosesinə start verilib.

Hurriyyet.az bildirir ki, Azərbaycanda səsvermə səhər saat 08:00-dan axşam saat 19:00-a kimi keçirilir.

Seçki Məcəlləsinə əsasən, seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir.

Bildirək ki, seçki günü səsvermə məntəqəsində seçiciyə seçki bülleteni verilir.

Bunun üçün səs verən şəxs seçici vəsiqəsini və şəxsiyyət vəsiqəsini (və ya onu əvəz edən sənədi) təqdim etməlidir.

Seçici seçki bülletenini aldıqdan sonra məntəqə seçki komissiyasının üzvü şəxsiyyət vəsiqəsinin (və ya onu əvəz edən sənədin) seriyasını və nömrəsini seçicilər siyahısına yazır.

Seçici yazıların düzgünlüyünü yoxlayır və bülleteni alarkən imza atır.

Seçkilərdə iştirak edərkən Azərbaycan Respublikasının vətəndaşları yalnız bir namizədin lehinə səs verə bilərlər.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR