Saat:18:19
Haqqımızda

Prezident Putin: "Gender ideologiyası dəhşətli uydurmadır"

2021-10-21 19:47:00

Prezident Putin:

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 21-də jurnalistlərə verdiyi açıqlamada, Qərbdə gender əsaslı uşaq yetişdirməyin dəhşətli olduğunu söylədi.
Putin, Qərbdə "qadın və kişi hüquqlarına dair diskussiya qadın və kişi anlayışını ləğv etmək istəyinə qədər gəldi" deyə bildirdi. Prezident Qərbdə "ana" yerinə birinci və ikinci valideyin ifadələri, "ana" yerinə "doğan valideyn" ifadələri, "ana südü" ifadəsinin istifadəsinə qadağa qoyulması və onun yerinə "İnsan südü" ifadəsinin işlədildiyini və bunların öz cinsiyyətindən əmin olmayanların üzülməməsi üçün edildiyini söylədi.
"Hələ mən o dəhşətli şeylərdən danışmıram ki, bu gün uşaqlara erkən yaşlarından oğlanın asanlıqla qız ola biləcəyini təlqin edərkən faktiki onlara hər kəsin seçimi ola biləcəyini sırıyırlar və valideynləri bundan uzaqlaşdıraraq uşağı onların həyatını sındıracaq seçim etməyə zorlayırlar”, deyə Putin bəyan edib. Xatırladaq ki, "Roskomnadzor" eksperti Janna Taçməmmədova gender ideologiyasının LGBT ideologiyasının "elməbənzər örtüyü" olduğunu bildirdi.
Mütəxəssis, gender ideologiyasına görə, bir kişi cinsiyyətinin "mədəni metafora" olduğunu, kişiliyin və qadınlığın insanı diskriminasiya edən stereotiplər olduğunu söylədi. Ekspert əlavə edib ki, əvvəlcə söhbət həmişə qadın və kişilərin hüquq bərabərliyindən gedir. Ancaq sonra gender ideoloqları, insan cinsiyyətinin "mədəni metafora" olduğu iddiasına keçərlər və kişilik ilə qadınlığı yalnız insana qarşı ayrı-seçkilik edən stereotiplər kimi təlqin edirlər. O, gender ideologiyasının Rusiyada elmi ictimaiyyətin nümayəndələri: sosioloqlar, etnoqraflar, psixoloqlar və müəllimlər vasitəsilə tətbiq olunduğunu söylədi. Bunun üçün elm adamları cinsi "ideoloji baqaj" aldıqları Qərb universitetlərində təcrübə keçməyə dəvət olunur. Sonra onlar üçün maddi baza və müvafiq status yaratmaq üçün bu alimlərə Qərb universitetlərində mühazirə oxumaq hüququ verilir. 
Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR