Prezident onları vəzifələrindən azad etdi

2023-03-01 16:30:00

Prezident onları vəzifələrindən azad etdi

Mədəniyyət Nazirliyində növbəti kadr islahatı həyata keçirilib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.

Qeyd edək ki, 76 yaşlı S.Məmmədəliyeva 1999-cu ildən mədəniyyət nazirinin müavini postunu tuturdu.

Vaqif Əliyev isə Prezidentin 2011-ci il tarixli sərəncamı ilə mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci il tarixli sərəncamı ilə isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdu. (qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.309337