“Prezident olan yerdə Vasif Talıbov hansı ixtiyarla...” - Novella Cəfəroğlu

2022-11-25 12:17:00

“Prezident olan yerdə Vasif Talıbov hansı ixtiyarla...” - Novella Cəfəroğlu

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində həbslər apardığı haqda məlumatlar ölkə gündəminin əsas mövzularından biri kimi diqqətlə izlənir. İddiaya görə, muxtar respublikanın Gömrük Komitəsinin bəzi əməkdaşları saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindiriliblər, kabinetlərdə isə axtarışlar aparılıb. 

Məlumatda bildirilir ki, Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır. Artıq saxlanılan var. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətə baxılıb. Səbail Rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib. Məhkəmədə Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda muxtar respublikada bir sıra struktur islahatlarının aparıldığı, Naxçıvandakı qurumların Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilməsi istiqamətində də addımlar atıldığına dair məlumatlar yayılır. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, bütün bu ajiotajın məqsədi Naxçıvanı Bakıya birləşdirmək, muxtariyyəti ləğv etməkdir:

“Bunu Naxçıvanda yaşayanlar və buradakı Nazirlər Kabineti daha yaxşı bilər. Vasif Talıbov kimə tabe olur-olmur onu deyə bilmərəm, amma onu bilirəm ki, Naxçıvanda Talıbov qanunları işləyir, o Naxçıvanı öz qanunları ilə idarə edir. Bu gün Naxçıvanda heç çox adam da qalmayıb, çoxu Bakıdadır. Bu illər ərzində heç bir dövlətdən - nə İran, nə də Ermənistandan Naxçıvana hücumlar olmayıb. Naxçıvan o vaxt muxtar respublika olmuşdu, onu Azərbaycandan ayırmışdılar. Ona görə də bu gün Zəngəzur dəhlizini özümüzə saxlamaq üçün Naxçıvanı Azərbaycanla birləşdirmək istəyirlər. Mən hesab edirəm ki, hər şey muxtariyyətin alınması ilə bağlıdır ki, Naxçıvanda muxtariyyət olmasın. Naxçıvan da Azərbaycanın digər rayonları kimi olsun. Bu zaman biz Zəngəzur dəhlizini nəyəsə əsaslandırıb ala bilərik. Bütün bu ajiotaj Naxçıvanı Bakı ilə birləşdirməkdən ötrüdür. Burada məsələ Vasif Talıbovun tabe olub-olmaması deyil. Necə ola bilər ki, Vasif Talıbov tabe olmasın? Prezident olan yerdə Talıbov hansı ixtiyarla tabe olmaya bilər?”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.123125