Saat:23:12
Haqqımızda

Prezident Nazarbayevdən DANIŞDI: “...neqativ söz-söhbətlər dolaşır”

2022-01-28 16:15:00

Prezident Nazarbayevdən DANIŞDI: “...neqativ söz-söhbətlər dolaşır”

Qazaxıstan lideri Kasım-Jomart Tokayev yanvarın 28-də ölkənin birinci prezidenti Nursultan Nazarbayevdən danışıb.

Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Tokayev Nazarbayevin ölkə üçün çox şeylər etdiyini vurğulayıb.

"Mən bilirəm ki, ölkədə müxtəlif neqativ söz-söhbətlər dolaşır. Bununla bağlı, dövlət başçısı kimi təkrar edirəm: birinci prezident ölkəmizin güclü dövlətə çevrilməsi üçün çox işlər görüb", - Tokayev bildirib.

"Biz əvvəlki nailiyyətlərimizi itirməməliyik. Dövlətimizi gücləndirməli və istənilən sınaqlara hazır olmalıyıq. Unutmayın, birlik uğurun açarıdır", - prezident əlavə edib.

O, bildirib ki, 1990-cı illərin əvvəllərində tanınmış siyasətçilər və politoloqlar Qazaxıstanın demoqrafik xüsusiyyətlərinə və qeyri-müəyyən sərhədlərinə görə ölkənin sürətlə dağılacağını proqnozlaşdırarkən Nursultan Nazarbayev ən çətin tarixi dövrdə dövlət quruculuğu missiyasını öz üzərinə götürdü.

"Qazaxıstanın təhlükəsizliyini təmin etmək, onun geosiyasi mövqeyini möhkəmləndirmək üçün paytaxtın Sarıarkanın mərkəzinə köçürülməsi mühüm rol oynayıb. Bu qərar hər yerdə strateji qərar kimi tanınır: həm xaricdə, həm də ölkəmizdə.

Ümumiyyətlə, Qazaxıstan bazar iqtisadiyyatını inkişaf etdirməklə sülhsevərliyini və beynəlxalq öhdəliklərinə qəti sadiqliyini bəyan edərək, dünya birliyində nüfuzlu, hörmətli ölkəyə çevrilib.

Dünya birliyində ölkəmizi qlobal antinüvə hərəkatının lideri adlandırırlar. Onu da unutmaq olmaz ki, müstəqillik illərində Qazaxıstan bütün iqtisadi göstəricilərə görə Mərkəzi Asiya regionunda ön sıralara yüksəlib”, – Kasım-Jomart Tokayev bildirib.

Qeyd edək ki, yanvarın 19-da Qazaxıstan parlamenti birinci prezident Nursultan Nazarbayevin ömürlük Təhlükəsizlik Şurasına və Qazaxıstan Xalqları Assambleyasına sədrliyini ləğv edən konstitusiya qanunlarına dəyişiklikləri qəbul edib. Bu hüququn ölkənin hazırkı prezidentinə məxsus olacağı gözlənilir.

Həmçinin yanvarın 27-də Senat deputatlaraı dövlət təşəbbüslərinin Elbası ilə əlaqələndirilməsi zərurətinin ləğvini təklif ediblər. Bu norma “Birinci Prezident – ​​Elbası haqqında” konstitusiya qanununda öz əksini tapıb. O, təsdiq olunmaq üçün parlamentə göndərilib.

Yanvarın 28-də Nur Otan Partiyasının növbədənkənar XXI qurultayının qərarı ilə prezident Qasım-Jomart Tokayev yekdilliklə sədr seçilib.

Modern.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR