Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb
2025-10-21 21:09:35
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri oktyabrın 21-də başa çatıb.
Hurriyyet.az xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yola saldı.
