Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri edəcək
2025-10-16 12:23:01
Kasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-21-də Qazaxıstana dövlət səfəri edəcək.
Hurriyyet.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı yüksək səviyyəli danışıqlar aparılacaq.
Prezidentlər Ali Dövlətlərarası Şuranın iclasında və Qazaxıstan-Azərbaycan biznes forumunda iştirak edəcəklər.
APA
