Prezident İlham Əliyev: Makron hökumətinin Ermənistana verdiyi silahlar hücum xarakterlidir
.jpg)
Makron hökumətinin Ermənistana verdiyi silahlar hücum xarakterli, öldürücü və Azərbaycan üçün praktiki təhlükə yaradan silahlardır. Bu fikirləri Prezident İlham Əliyev “Russia Today” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselevə müsahibəsində ifadə edib.
“Ermənistanla sərhədimizin uzunluğunun min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş qaçqınların qayıtdığını nəzərə alsaq, təbii ki, biz bu prosesə yalnız müşahidəçi qismində qala bilmərik. Və biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına bildirmişik ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, Ermənistanın silahlanması prosesi sıçrayışlı addımlarla gedir”, deyə prezident əlavə edib.
Ülviyyə, Hurriyyet.az
