Saat:00:26
Haqqımızda

Prezident İlham Əliyev İsrailin kəşfiyyat nazirilə əməkdaşlıq məsələlərini müzakirə edib

2023-03-10 11:50:00

Prezident İlham Əliyev İsrailin kəşfiyyat nazirilə əməkdaşlıq məsələlərini müzakirə edib

Martın 10-da dövlət başçısı İlham Əliyev İsrailin kəşfiyyat və atom enerjisi naziri Gila Gamlieli qəbul edib.

Rəsmi məlumatda deyilir ki, görüşdə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycanın İsraildə səfirliyinin açılmasının və Münhen Təhlükəsizlik Konfransında İlham Əliyevin İsrailin müdafiə naziri Yoav Qallantla görüşünün böyük əhəmiyyətini daşıdığını qeyd ediblər.

Həmsöhbətlər ikitərəfli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

* Gila Gamliel bu ilin yanvarında kəşfiyyat və atom enerjisi naziri postunu tutub. O, hakim Likud Partiyasının üzvüdür və müxtəlif illərdə İsrail parlamentinin üzvü, baş nazirin ofisinin rəhbəri, pensiyaçılar və gender inkişafı naziri, ətraf mühitin mühafizəsi naziri olub. 

turan.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR