Saat:22:32
Haqqımızda

"Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə yenidən öz yerini göstərəcək" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-09-06 11:36:57

"Sabah Ali Baş Komandan Qərbi Zəngəzurda-Göyçə gölü sahilində İrəvana "dəmir yumruq" göstərərsə, təəcüblənməyəcəm"

"Ermənistanın hərbi ritorikasının və şərti sərhəd istiqamətində yeni təxribatlarının qarşısının alınması üçün mütləq preventiv addımlar labüddür. Ermənistan öz işğalçı siyasətindən imtina etməyib. Fransa, Rusiya və İran prosesi idarə edərək, Ermənistanı Azərbaycana qarşı hərbi əməliyyatlara sövq edirlər". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloq bildirib ki, Ermənistan müstəqil ölkə deyil, baş nazir Nikol Paşinyan isə siyasi iradə ortaya qoya bilmir: "Qeyd edim ki, Ermənistan əvvəlki ritorikasına qayıdıb və Azərbaycanın qalibiyyəti ilə barışmır. Vaşinqton və Brüssel formatında aparılan danışıqlar fiaskoya uğrayıb. Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə yenidən öz yerini göstərəcək. Odur ki, sabah Ali Baş Komandan İlham Əliyev Qərbi Zəngəzurda-Göyçə gölü sahilində İrəvana "dəmir yumruq" göstərərsə, təəcüblənməyəcəm".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.176937