Prezident İlham Əliyev Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında sazişi təsdiqlədi
2022-12-02 12:52:00
Prezident İlham Əliyev Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında sazişi təsdiqləyib. Xatıradaq ki, müqavilə 2022-ci il oktyabrın 11-də Bişkekdə imzalanıb. 25 milyon dollar kapitala malik olan fond aşağıdakılara xidmət edir:
▪️ ölkələr arasında iqtisadi əməkdaşlığı təşviq etmək
▪️iqtisadiyyatın modernləşdirilməsi və inkişafı
▪️ imkanlardan səmərəli istifadə.
Fond kreditlərin və borcların verilməsi, kapitalda iştirak və sahibkarlıq subyektləri ilə münasibətlərdə digər maliyyə alətlərindən istifadə etməklə Qırğızıstanda təsisçilər üçün prioritet layihələrə investisiya qoyacaq.
Ülviyyə, Hurriyyet.az