Prezident icra başçısını vəzifəsindən azad etdi

2023-03-17 16:05:00

Prezident icra başçısını vəzifəsindən azad etdi

Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Elşad Novruz oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Xatırladaq ki, E. Məmmədov dövlət başçısının 22 aprel 2013-cü il tarixli sərəncamı ilə Ordubad RİH-nin başçısı təyin olunmuşdu.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000621