Saat:01:05
Haqqımızda

Prezident Ərdoğanın timsalında Türkiyənin qlobal siyasi güc kimi ayaq səsləri Qərbin "kürkünə birə salıb"-"Financial Times" yazır...

2022-08-11 12:18:00

Prezident Ərdoğanın timsalında Türkiyənin qlobal siyasi güc kimi ayaq səsləri Qərbin

Böyük Britaniyanın "Financial Times" nəşri Türkiyə-Rusiya əlaqələrində son baş verən gəlişmələri öz yanaşmalarından işıqlandıran məqalə dərc edib. Məqalədə prezident Ərdoğanın təhlükəli ikili oyun oynadığını, Qərb tərəfdaşlarının etdiklərinin əksinə Rusiya ilə münasibətləri düzəltdiyinə toxunulur. Əlbəttə bu yanaşma məqalə müəlliflərinin fikrini əks etdirir. Onlar hesab edirlər ki, Türkiyə lideri bu siyasi pokeri oynayarkən diqqətli olmalıdır. Çünki o, Moskva ilə əməkdaşlığı inkişaf etdirir, lakin Amerikanın intiqamı ilə üzləşə bilər. Məqalədə deyilir:
"Rusiyanın Ukraynadakı hərbi əməliyyatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dövlət xadimi və siyasi maqnat rolunu oynamaq imkanı verdi. Ərdoğan Kiyev ilə Moskva arasında vasitəçiliyə görə təqdirəlayiqdir, çünki bunun sayəsində Ukrayna limanlarından taxıl tədarükü bərpa edilib. Amma o, Moskva ilə mühüm iqtisadi əlaqələri saxlayır və qoruyur. Ötən cümə günü Rusiya prezidenti Vladimir Putinlə dörd saatlıq görüşdən sonra Qərb paytaxtları narahat olub, Ərdoğanın Rusiya ilə əlaqələri dərinləşdirdiyinə, NATO tərəfdaşlarının isə bunun tam əksini etdiyinə və Kremlin Qərb sanksiyalarından yan keçməyin yollarını aradığı ehtimalından narahat olublar. Müəllifin fikrincə, Türkiyə lideri çətin, lakin riskli oyun oynayır.
Ərdoğanın Türkiyənin geosiyasi rəqibi olan Putinlə nahamar münasibətləri var. Əvvəla, onların Suriya münaqişəsində fərqli prioritetləri var. Ankara Moskvanın qəzəbinə tuş gələrək Ukrayna ordusunu Bayraktar hücum pilotsuz təyyarələri ilə təmin edir. Eyni zamanda, Türkiyə ABŞ və Aİ-dən fərqli olaraq, sanksiyalara qoşulmayıb, Rusiya neft və qazını almağa davam edir, hava məkanını Rusiyanın kommersiya aviaşirkətlərinə bağlamır. O Türkiyə turizm sənayesinə böyük gəlir gətirən Rusiyadan mümkün qədər çox turist cəlb etmək istəyir. 2015-ci ildə Suriya səmasında Rusiya döyüş təyyarəsi vurulanda Türkiyə onları tam itirdi.
Ərdoğan və Putinin Soçidə konkret nə barədə razılığa gəldiyi hələlik bəlli deyil. Birgə bəyanatda ticarət və enerji əlaqələrinin inkişafı, nəqliyyat, sənaye, maliyyə və tikinti kimi sektorlarda əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur. Rusiya baş nazirinin müavini bildirib ki, Türkiyə qaz tədarükünün pulunu qismən rublla ödəyəcək.
Daha sonra Türkiyə prezidenti 5 türk bankının Rusiyanın “Mir” ödəniş kartlarını qəbul edəcəyini açıqlayıb. Bu, Türkiyəyə gələn rusiyalı turistlər üçün böyük üstünlükdür, çünki Visa və Mastercard Rusiyada fəaliyyətini dayandırıb. Qərb paytaxtları “Mir” ödəniş sisteminin sanksiyalardan yan keçmək üçün istifadə olunacağından narahatdırlar. Düzdür, Ərdoğanın Moskvaya Qərb sanksiyalarından yayınmağa kömək edəcək bank və enerji əməkdaşlığının dərinləşdirilməsi ilə bağlı Rusiyanın iddia etdiyi təkliflərinə razılıq verdiyinə dair heç bir sübut yoxdur. Bu məlumatın sızmasını Ukrayna kəşfiyyatı təşkil edib.
Gələn il Türkiyəni yenidən seçkilər gözlədiyi və ölkə borc və valyuta böhranının məngənəsində olduğu üçün Ərdoğanın Rusiya kapitalını cəlb etmək üçün yaxşı əsası var. Türkiyədə inflyasiya iyulda 79,6%-ə çataraq 24 illik rekordu qırıb və 12 ayda lirə dollar qarşısında yarıya qədər ucuzlaşıb. Türkiyə NATO-nun üzvü olsa da, ABŞ və Avropanın Rusiyaya qarşı sanksiyalarına qoşulmaq üçün qanuni öhdəçiliyi yoxdur.
Amma Moskva ilə iqtisadi əlaqələrin dərinləşməsi, şübhəsiz ki, Qərblə sürtüşməni artıracaq və Ankara İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması məsələsi ilə bağlı qərarın qəbulunu gecikdirir. Ərdoğanın mövqeyi həm də Qərb üçün sanksiyaların coğrafi miqyasını genişləndirmək imkanları ilə bağlı sınaq olacaq. Əgər sanksiyalar Türkiyə üzərindən zəifləməyə başlasa, Qərbin digər inkişaf etməkdə olan bazarları, deyək ki, Çini nəzarətdə saxlaması daha çətin olacaq. Pekin hələ də Rusiyaya kömək etməyə narahatlıqla baxır.
Yüksək rütbəli məmurlardan biri təklif edib ki, Ərdoğan cümə günü eyham vurduğu planları həyata keçirərsə, Qərb ölkələri öz şirkətlərini və banklarını Türkiyəni tərk etməyə çağıra bilər. Lakin Türkiyə geosiyasi baxımdan və Qərb biznesi üçün sadəcə vazkeçilməzdir. Avropa Ankaranın Suriyadan və hazırda Türkiyəyə digər ölkələrdən gəlmiş 3,7 milyon qaçqını qitəyə yollayacağından narahatdır.
Baxmayaraq ki, ABŞ Rusiyadan S-400 sistemlərini alanda Türkiyəyə qarşı cəza tədbirləri almışdı, amma Ankara bu dəfə ikinci dərəcəli sanksiyalarla üzləşə bilər. Qərb Ərdoğanın bu sanksiyalardan ölkə daxilində yararlana bilməməsi üçün onları diqqətlə yoxlamaq fikrindədir. Amma bu tədbirlər Moskva ilə əməkdaşlığın bəhrələrinə zərər vurmağa qadirdir. Strateji poker oyununda Ərdoğan öz qabiliyyətlərini şişirtməmək üçün diqqətli olmalıdır".

P.S. Fikrimizcə, məqalənin yayınlandığı nəşrin "Financial Times" olduğunu nəzərə alsaq, yazını Qərbin sanballı qəbul edilən mətbu orqanında preizdent Ərdoğnan ünvanlanmış xəbərdarlıq kimi qəbul etmək olar. Yazı sözün əsl mənasında Qərbin "kürkünə birə düşdüyünü" göstərir. Səbəb-Türkiyənin nəinki regional, daha da irəli gedərək qlobal oyunçu olmaq yolunda atdığı addımlardır və ölkəsinin maraqlarından çıxış edərək yürütdüyü tam müstəqil siyasətdir. Buna görə heç bir ölkəni nə qınamaq, nə təhdid etmək olmaz. Hələ dünyanı cənginə almış qlobal çaxnaşmanın vüsət aldığı aqressiv, müharibə, aclıq ab-havasınınn hökm sürdüyü bir şəraitdə Türkiyənin öndər olaraq yürütdüyü konstruktiv siyasi xətti nəzərə alaraq onu Qərbin siyasi tərcihlərinə uymamaqda ittiham etmək etik baxımdan doğru deyil. Çünki Qərb öz mənafeləri istiqamətində Rusiya ilə uzlaşma mövqeyi tətbiq edən zaman başqa partnyor ölkələrin mövqeyini nəzərə almır. Məsələn, buna Türkiyənin Suriyada irəliləməsinin qarşısını almaq üçün Rusiyanın ABŞ tərəfindən bu ölkəyə dəvət edilməsini misal göstərə bilərik. Sözsüz ki, Türkiyə də sırf öz dövlət maraqlarından çıxış etməkdə haqlıdır. Türkiyənin uğuru bizim uğurumuzdur və ona qlobal güc olma yolunda uğur arzu edirik. 

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR