Prezident: Ərdoğanın bunu deməsi ciddi mesaj oldu
2022-05-14 16:55:00
İkinci Qarabağ müharibəsi bizim müştərək, ortaq şanlı tariximizdir. 30 illik işğala son qoyduq.
Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.
"Müharibənin ilk günündə cənab Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır" deməsi bir çoxları üçün ciddi mesaj oldu", - Prezident vurğulayıb.