Saat:00:47
Haqqımızda

Prezident Ərdoğanın BMT-ni tənqid edən kitabı rus dilində nəşr edilib

2023-05-30 13:53:00

Prezident Ərdoğanın BMT-ni tənqid edən kitabı rus dilində nəşr edilib

Hurriyyet.az xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın 2021-ci ilin sentyabrında nəşr olunan “Daha ədalətli dünya mümkündür” əsərinin rus dilinə tərcüməsi nəşr edilib.

Türkiyə Cümhuriyyəti Prezidentinin kitabında müasir dünya düzənindən bəhs edilir. Ərdoğan qaçqınlar, beynəlxalq terrorizm, qlobal ədalətsizliklə bağlı məsələlərə toxunur. O, həmçinin BMT-nin işi və fəaliyyətinin effektivliyi mövzusunu qaldırır.

Nəşr dövlət başçısının 2013-2014-cü illərdə irəli sürdüyü “Dünya beşdən çoxdur” (“beşlik” dedikdə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini nəzərdə tutur) konsepsiyasına əsaslanır.

Ərdoğanın sözlərinə görə, qlobal ədalətin bərqərar olmasına cavabdeh olan qurumlar ətalətdən kənar hərəkət edirlər. Eyni zamanda o, hesab edir ki, keçmişin tələblərinə uyğun yaradılmış sistem bugünkü problemləri həll etmək iqtidarında deyil.

Həmçinin, Türkiyə lideri öz kitabında BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zərurətindən bəhs edir, çünki prezidentin fikrincə, bu qurum, veto hüququ olan beş dövlətin maraqlarına xidmət edir.

Ərdoğan BMT-nin islahat tədbirlərinin ədalətli dünya yaradacağına əminliyini ifadə edib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR