Prezident Ərdoğanın ABŞ-a səfəri ilə bağlı Vaşinqtondan açıqlama
2024-05-10 16:31:32

Hurriyyet.az "Yeni Akit" nəşrinə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Türkiyə Prezidenti R.T.Ərdoğanın ABŞ-a səfəri 12-13 iyul tarixlərinə planlaşdırılan NATO sammiti zamanı baş tuta bilər.
ABŞ Dövlət Departamenti sədrinin müavini Con Bass bu məlumatı Amerika-Türkiyə Şurasının Vaşinqtonda keçirilən 39-cu iclasındakı çıxışı zamanı verib. O, bir sıra regional münaqişələrin həllində Ankaranın mühüm rol oynadığını deyib.
Bundan əvvəl mətbuatda dərc edilən xəbərlərdə Prezident Ərdoğanın mayın 9-da ABŞ-a səfər edəcəyi xəbər verilmişdi.
Hürr Tərcüman
