Saat:23:22
Haqqımızda

Prezident Ərdoğan Zelenski ilə danışıqlarını Putinlə müzakirə edəcək

2022-08-18 21:24:00

Prezident Ərdoğan Zelenski ilə danışıqlarını Putinlə müzakirə edəcək

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan bu gün keçirilən mətbuat konfransındakı çıxışı zamanı  Ukraynanın Lvov şəhərində həmkarı Vladimir Zelenski ilə aparılan danışıqların nəticələrini Rusiya Prezidenti Vladimir Putin ilə müzakirə eləməyə hazırlaşdığını söyləyib.

Ərdoğan deyib: “Bu günkü bütün görüşlərimizin nəticələrini cənab Putin ilə dəyərləndirəcəyik”.

O, Türkiyənin Ukrayna böhranının nizamlanması üçün diplomatik səy göstərməyə davam edəcəyini söyləyib.

Xəbər verdiyimiz kimi bu gün, Ukraynanın Lvov şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna Prezidenti Zelenski ilə ikitərəfli, həmçinin BMT-nin Baş katibi Antoniu Quterişin iştirakı ilə üçtərəfli görüşü olub.

Türkiyə liderinin sözlərinə görə, Zelenski və Quterriş ilə görüşdə Ukraynadakı münaqişənin dayandırılmasının mümkün yollarını müzakirə ediblər.

Türkiyə mətbuatı diplomatik mənbələrə istinadla yayılan xəbərlərdə bildirilmişdi ki, Ərdoğan Lvova səfəri zamanı Zelenskiyə Putinlə görüş təşkil edilməsini təklif edəcək.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR