Prezident Ərdoğan BMT-nin Bakıda keçiriləcək tədbirinin əhəmiyyətini qeyd edib
2024-09-25 15:19:10
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP29 tədbiri barəsində fikrini bildirib.
Ərdoğan Nyu-Yorkda, BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı COP29 Konfransının iqlim dəyişikliyi sahəsindəki problemlərin öhdəsindən gəlməyə kömək edəcəyini bildirib.
Türkiyə Prezidenti deyib: "Bakıda keçiriləcək COP29 Konfransının iqlim dəyişikliyi ilə bağlı problemləri həll eləməyə kömək edəcəyinə inanırıq".
Xatırladaq ki, BMT-nin iqlimlə bağlı COP29 Konfransının 11-24 noyabr tarixlərində Bakıda keçirilməsi planlaşdırılıb.
Hürr Tərcüman