Prezident Cozef Bayden: "Biz Ukraynaya silah, pul və iqtisadi dəstək verməyə davam etməliyik ki, onların qurbanları məqsədlərinə çatsın"

2022-04-29 11:11:00

Prezident Cozef Bayden:

"Biz Ukraynaya silah, pul və iqtisadi dəstək verməyə davam etməliyik ki, onların qurbanları məqsədlərinə çatsın və ukraynalılar mübarizəni davam etdirə bilsinlər", deyə ABŞ prezidenti bildirib. Bayden ümid etdiyini bildirib ki, avropalı müttəfiqlər Ukraynaya yardımı artıracaq və Rusiya Federasiyasına qarşı mübarizə aparacaq.

Bəs Baydenin Ukrayna üçün istədiyi 33 milyard dollar nəyə gedəcək?
Daha çox artilleriya, zirehli texnika, eləcə də tank əleyhinə raketlər və zenit sistemləri;
Ukraynanın kibermüharibə aparmaq qabiliyyətinin formalaşmasına yardım etmək;
Daha çox kəşfiyyat mübadiləsi;
Sursat istehsalına dəstək;
Mina və digər partlayıcı maddələrin təmizlənməsində, eləcə də Ukraynanın kimyəvi, bioloji və “çirkli” bombalardan qorunmasında köməklik göstərmək”;
NATO-nun şərq cinahında ABŞ-ın mövcudluğunun daha da artırılması.
Eyni zamanda ABŞ prezidenti Ukraynaya ABŞ qoşunlarını göndərməyəcəyini dəqiqləşdirib.

Ülviyyə, Hurriyyet.az


 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya