Prezident: "Azərbaycanın doqquzuncu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək"
2025-05-21 16:22:45

"Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək".
Hurriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışında bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1.5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
AZƏRTAC
