Prezident Avropaya səfər edəcək – Qara dənizin altı ilə elektrik nəqli

2022-12-12 14:34:00

Prezident Avropaya səfər edəcək – Qara dənizin altı ilə elektrik nəqli

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, dekabrın 17-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycandan elektrik enerjisinin nəqli ilə bağlıq müqavilə imzalayamağı planlaşdırır. Bu barədə açıqlamanı Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi verib. Azərbaycanın Macarıstana verdiyi elektrik enerjisi Gürcüstandan, Rumıniyadan keçərək Qara dənizin dərinliklərindəki sualtı kabellə gedəcək.

Havaşi razılaşmaların Buxarestdə imzalanacağını qeyd edib.

“MTI” informasiya agentliyinin məlumatına görə, imzalama mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Rumıniya Prezidenti Klaus İohann və Avropa Komissiyasının başçısı Ursula fon der Lyayen iştirak edəcəklər.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.137030