Saat:23:07
Haqqımızda

Prezident Administrasiyasında Qazilərə niyə xor baxılır? – MƏĞRUR BƏDILSOY YAZIR

2024-02-09 12:36:02

Prezident Administrasiyasında Qazilərə niyə xor baxılır? – MƏĞRUR BƏDILSOY YAZIR

Prezident Administrasiyasına 1-ci vitse-prezident başçılıq etməlidir

Açılım-islahat ali icra hakimiyyətindən başlayır

Növbədənkənar Prezident seçkilərindən öncə də, sonra da dəyişikliklərin olacağı, işlək idarəçilik metoduna keçiləcəyi bildirilir. Bu dəyişikliklərin başlıca olaraq nazir yerdəyişməsi ilə baş verəcəyi iddia olunur, Nazirlər Kabinetinin ləğv ediləcəyi proqnozlaşdırılır. Bu addımın prezidentli respublikalarda belə kabinetə ehtiyac olmadığı, daha doğrusu, yer olmadığı ilə izah edilməsi anlaşılandır. Amma bir gerçəklik də var ki, Azərbaycanda hazırda yeganə işlək qurum elə NK Aparatının özüdür. Vətəndaşların qəbulunda, müraciətlərə elektron və s. baxılmasında NK-nın rolu danılmazdır. Nə yazıq, ali icra hakimiyyəti orqanının aparatında- Prezident Administrasiyasında əvvəllər örnək olan qəbul qaydaları, müraciətlərə baxılması son illərdə tam gözdən salınıb. Sözün gerçək anlamında vətəndaşa yuxarıdan aşağı, qul kimi baxılır. Fikrimizcə, açılım-islahat Prezident Administrasiyasından başlamalıdır.

Prezidentli pespublikalarda dövlət başçısının -prezidentin, hökümətin – NK-nın işinin təşkilini onun yardımçısı -  vitse-prezident həyata keçirir, Administrasiyaya vitse-prezident başçılıq edir. ABŞ-da necədir?  ABŞ-ın dövlət idarəçiliyində Nazirlər Kabineti elə Administrasiyanın özüdür. Fikir verin, vitse-prezident ( Kamala Harris) prezidentin kabineti sayılan aparata başçılıq edir. Kabinet üzvlərinə isə dövlət katibi ( Entoni Blinken), maliyyə naziri, müdafiə naziri, baş prokuror, daxili işlər katibi, kənd təsərrüfatı katibi, ticarət katibi, əmək katibi , səhiyyə və sosial xidmətlər katibi, mənzil və şəhərsalma katibi, nəqliyyat katibi, enerji naziri, təhsil naziri, Qazilər işləri katibi, milli təhlükəsizlik katibi daxildir. Nazirlər Kabinetinin üzvü olmayan vəzifəli şəxslərin sırasında Ağ evin baş katibi ( yəqin bizdəki PA rəhbəri görəvlisi), milli kəşfiyyat direktoru, satış nümayəndəsi, BMT-dəki nümayəndə, inzibati-büdcə idarəetməsi direktoru, ətraf mühitin mühafizəsi idarəçisi, kiçik biznes idarəçisi, elm və texnologiya siyasəti idarəetməsi direktoru-prezidentin elmi məsləhətçisi yer alır. İdarəetmənin necə aydın bölündüyünə fikir verin, bizdə prezident idarəçiliyini belə çevik, aydın bölgü üzrə etməyə nə mane olur?  Fikir verirsinizsə, ədliyyə sistemi icra idarəçiliyində yer almır. Nədən bu sistem məhkəmə hakimiyyətinə daxildir.

Yeni seçkilərin sonucu olaraq NK-nı ləğv etmək yox, Prezident Administrasiyasının tərkibinə vermək, rəhbərliyi isə 1-ci vitse-prezidentə tapşırmaq zamanın tələbidir. Hazırkı Administrasiya işlək qurum deyil, hökumət üzvlüyündən qıraq vəzifəli şəxslər statusunda olmalıdır. Yeri gəlmişkən , ABŞ hökumətində Qazilər işləri katibi görəvi var, bizdə isə QALİB DÖVLƏTİN QAZİLƏRİ PA-dan içəri belə buraxılmır...

Məğrur BƏDƏLSOY

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR