“Prezident 44 günlük müharibədə olduğu kimi, yenə müjdə verdi: Zəngəzur dəhlizi ilə bağlı” - Emil Səməndərov

2022-06-07 21:05:00

“Prezident 44 günlük müharibədə olduğu kimi, yenə müjdə verdi: Zəngəzur dəhlizi ilə bağlı” - Emil Səməndərov

“Cənab Prezident İlham Əliyev görüşlərinin birində “Zəngəzur dəhlizi artıq reallıqdır” deyə bildirmişdi.

44 günlük Vətən Müharibəsi ərzində daim xalqına azad olunan torpaqlarla bağlı xoş xəbərləri şəxsən çatdıran Ali Baş Komandan çox keçmədi ki, Zəngəzur Dəhlizi ilə bağlı müjdəni də açıqladı.

Çox keçmədi ki, dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında “Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı tərəflər razılığa gəlib” dedi.

Bununla da növbəti dəfə xalqını sevindirdi. 

Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsünün təsdiqlənməsi, yeni iqtisadi rayonlaşma prinsipi bütövlükdə ölkənin bütün ərazisi boyunca iqtisadi fəallığın artırılmasına və dövlət investisiyalarının səmərəliliyinin yüksəldilməsinə, ölkə regionlarında sahibkarlığın və biznesin inkişafına, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına əlavə imkanlar formalaşdıracaqdır. 

Zəngəzur dəhlizinin iqtisadi önəmi vurğulanmalıdır.

İlham Əliyev

Qarabağ bölgəsini azad edilməsi ilə yaranan yeni reallıqlar, o cümlədən kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin fəaliyyətə başlaması regionda əməkdaşlığın və iqtisadi inteqrasiyasının genişləndirilməsi üçün imkanlar yarada bilər.

İqtisadi rayonlaşmanın yenilənməsi və yeni iqtisadi rayonların yaranması Vətən müharibəsində əldə edilən Zəfərdən sonra formalaşmış obyektiv reallıqları özündə əks etdirir.

Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Dəhlizin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək.

Yaxın dövrdə biz qürur və  fəxr hissi ilə müstəqil Azərbaycanımızın yeni yaradılan iqtisadi rayonlarının güclü inkişafının şahidi olacağıq.

Azərbaycanın iqtisadi siyasəti həm də Dəmir Yumruğa əsaslanır. 

Zəngəzur dəhlizi tarixi nailiyyətdir Xalqqazeti.com

Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı. Sonda onu da qeyd etmək istərdim ki, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək.

Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan yaradacaq.

Emil Səməndərov
Tanınmış iş adamı, "PROQRESS-2016" MMC-nin rəhbəri.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya