Saat:20:51
Haqqımızda

Prezident 2 fərman imzaladı

2024-04-30 17:38:06

Prezident 2 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Hurriyyet.az fərmanın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 172 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1018 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissədə “Dövlət Mühafizə” sözləri “Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət” sözləri ilə əvəz edilsin;

1.2. 5-ci hissədə “İcra Aparatına” sözləri “Administrasiyasına” sözü ilə, “Dövlət Mühafizə” sözləri “Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət” sözləri ilə əvəz olunsun və həmin hissəyə “Prokurorluğuna” sözündən əvvəl “Baş” sözü əlavə edilsin.

2. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 262 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 598 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.2-ci bənd ləğv edilsin;

2.2. 1.3-cü bənddən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin bənddə “və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

3. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 623 (Cild I) 2.7-ci və 2.14-cü bəndlərindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” və “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti,” sözləri çıxarılsın və həmin bəndlərə “Dövlət Miqrasiya Xidməti” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri əlavə edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 89 (Cild I) ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 6.5-2 ‒ 6.5-4-cü bəndlər əlavə edilsin:

“6.5-2. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;

6.5-3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

6.5-4. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 172 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 aprel tarixli 27 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3-cü hissədə “Xüsusi Dövlət Mühafizə” sözləri “Prezidentinin Təhlükəsizlik” sözləri ilə əvəz edilsin və həmin hissədən “, feldyeger rabitəsinin diplomatik pasport əldə etmək hüququna malik olmayan şəxsi heyətə aid əməkdaşları” sözləri çıxarılsın;

2.2. 4.3-cü bənddə “və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin” sözləri “, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin” sözləri ilə əvəz olunsun və həmin bəndə “vəzifəli şəxslər” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin feldyeger rabitəsinin diplomatik pasport əldə etmək hüququna malik olmayan şəxsi heyətə aid əməkdaşları, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin mühafizə zabitləri və onlara bərabər tutulan vəzifəli şəxsləri” sözləri əlavə edilsin;

2.3. 4.4-cü bənddə “və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin” sözləri “, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin” sözləri ilə əvəz edilsin.

3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82 (Cild I) 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 5.8-ci bənddən “və 16.1.2-ci maddəsində” və “və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri çıxarılsın;

3.2. aşağıdakı məzmunda 5.9-1-ci bənd əlavə edilsin:

“5.9-1. həmin Qanunun 16.1.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti həyata keçirirlər;”;

3.3. 5.10-cu bənddə “Respublikasının Xüsusi Dövlət Mühafizə” sözləri “Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri ilə əvəz edilsin;

3.4. 5.11-ci bənddə “Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti,” sözləri “Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

4. “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

4.1. həmin Fərmanla təsdiq edilmiş Əlavə 1 − “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı” üzrə:

4.1.1. 30-cu hissə aşağıdakı redaksiyada verilsin:

“30. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisləri, Xidmətin Milli Qvardiyası komandanının birinci müavini.”;

4.1.2. aşağıdakı məzmunda 30-1-ci və 30-2-ci hissələr əlavə edilsin:

“30-1. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisləri.

30-2. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin idarə rəisləri.”;

4.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə 2 – “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı” üzrə:

4.2.1. 26-cı hissə aşağıdakı redaksiyada verilsin:

“26. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti üzrə:

26.1. idarə rəislərinin müavinləri;

26.2. müstəqil şöbələrin rəisləri;

26.3. Milli Qvardiya komandanının müavinləri.”;

4.2.2. aşağıdakı məzmunda 26-1-ci və 26-2-ci hissələr əlavə edilsin:

“26-1. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti üzrə:

26-1.1. baş idarə rəislərinin müavinləri;

26-1.2. idarə rəisləri və onların müavinləri;

26-1.3. müstəqil şöbələrin rəisləri.

26-2. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi üzrə:

26-2.1. idarə rəislərinin müavinləri;

26-2.2. müstəqil şöbələrin rəisləri.”;

4.2.3. 106-cı hissədə “Xüsusi Dövlət Mühafizə Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının” sözləri ilə əvəz edilsin;

4.3. həmin Fərmanla təsdiq edilmiş Əlavə 3 − “Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı” üzrə:

4.3.1. 25-ci hissə aşağıdakı redaksiyada verilsin:

“25. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisləri və onların müavinləri, Xidmətin Milli Qvardiyası komandanının müavinləri.”;

4.3.2. aşağıdakı məzmunda 25-1-ci və 25-2-ci hissələr əlavə edilsin:

“25-1. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisləri, onların müavinləri, idarələrinin və müstəqil şöbələrinin rəisləri.

25-2. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin idarə rəisləri, onların müavinləri və müstəqil şöbələrinin rəisləri.”;

4.4. həmin Fərmanla təsdiq edilmiş Əlavə 4 − “Dövlətlərarası hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik təsdiq edilsin.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.217578