Saat:20:30
Haqqımızda

"Postsovet məkanında münasibətlər və Yaxın Şərqdə geosiyasi durum əvvəlki vəziyyətə qayıtmayacaq" - XAQANİ CƏFƏRLİ

2023-10-27 11:35:50

"Çox böyük ehtimalla, Yaxın Şərqdə baş verən proseslərin sonunda Livan, Suriya, İraq parçalanacaq, İranda isə mərkəzdən qaçma prosesi başlayacaq"

"İsrailin hərbi hava qüvvələrinə məxsus F-16 qırıclarının raket zərbəsindən sonra Suriyanın Dəməşq və Hələb hava limanlarının istifadəyə yararsız vəziyyətə düşməsi haqqında məlumatın ardınca ABŞ-a məxsus F-16-ların Suriya ərazsinə zərbə endirdiyi haqqında xəbərlər yayılıb. Pentaqonun yaydığı məlumatda Suriya ərazsindəki İrana məxsus silah-sursat anbarlarına zərbə edirildiyi qeyd edilir. Müdafiə naziri Llyod Ostin bu əməliyyatın prezident Cozef Baydenin göstərişi ilə həyata keçirdiyini bəyan edib". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloqun fikrincə, İsrailin və ABŞ-ın Suriya ərazsində həyata keçirdiyi hava hücumu belə qənaət yaradır ki, İranın loqistika sisteminin sıradan çıxarılması prosesi başlayıb: "Düşmənin loqistika sisteminin sıradan çıxarılması ABŞ-ın müharibə fəlsəfəsinin əsasını təşkil edir. "The Washington Post" yazır ki, Bayden administrasiyasının yüksək rütbəli nümayəndələri prezident Cozef Baydeni İranın rəhbərliyinə qarşı əməliyyat keçirməyə razı salmağa çalışır. Prezident Cozef Bayden İran rəhbərliyini xəbərdar edib ki, ABŞ-ın bölgədəki qüvvələrinə qarşı addımlara sürətli və sərt cavab verəcəklər. Belə görünür ki, prezident Cozef Bayden İran rəhbərliyinə qarşı əməliyyat keçirməzdən öncə ayətullahlara sonuncu dəfə xəbərdarlıq etmək istəyib".

Xaqani Cəfərli hesab edir ki, postsovet məkanında münasibətlər sistemi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı 24 fevral 2022-ci ildən əvvəlki tarixə olan vəziyyətə qayıtmayacağı kimi, Yaxın Şərqdə də geosiyasi durum HƏMAS-ın İsrailə qarşı 7 oktyabrda həyata keçirdiyi qanlı terror hücumundan əvvəlki vəziyyətə qayıtmayacaq: "Çox böyük ehtimalla, Yaxın Şərqdə baş verən proseslərin sonunda Livan, Suriya, İraq parçalanacaq, İranda isə mərkəzdən qaçma prosesi başlayacaq. Bizim səhv etməyə, təsirə düşməyə haqqımız yoxdur. Əks halda Azərbaycan Respublikasından iki-üç dəfə böyük tarixi torpaqlarımızı Güney Azərbaycanda itirə bilərik".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.210595