Portuqaliyada minlərlə hektar meşə külə döndü
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Portuqaliyanın Kovilyan bölgəsində ötən şənbə günündə başlayan meşə yanğını nəticəsində indiyə qədər 15 min hektar sahə külə dönüb. 6 avqust tarixindən bəri başlayan yanğının söndürülməsinə 1641 yanğınsöndürən, 498 avtomobil və 9 təyyarə cəlb edilib.
Avropada yüzminlərlə hektar sahə yanıb
Avropa İttifaqı Meşə Yanğını Məlumat Sisteminə görə 2022-ci il başlanandan bəri Avropa İttifaqı torpaqlarında ümumilikdə 587 min 868 hektar yaşıllıq külə dönüb.
BMT: yanğınlar artacaq
BMT-nin fevral ayında dərc elədiyi hesabata görə, insan cəmiyyətinin fəaliyyətinin nəticəsində yaranmış iqlim dəyişikliyinin quraqlığı artırması səbəbindən qarşımızdakı 28 il ərzində meşə yanğınlarının 30 faiz artması gözlənilir.
Hürr Tərcüman