"Poltico": Borrel Orbana qarşı - Aİ-də ikitirəlik
Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel Avropa diplomatlarını bu ilin avqust ayında, Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Aİ XİN rəhbərlərinin iclası ilə eyni vaxtda analoji görüşə çağırmaq niyyətindədir. "Politiko" nəşri üç diplomata istinadla bu xəbəri verib.
Hazırda Aİ-yə rəhbərlik edən Macarıstan 28-29 avqust tarixlərində Budapeşt şəhərində Avropa İttifaqının xarici işlər nazirlərinin görüşünü keçirməyi planlaşdırıb.
Diplimatların biri deyib: "Həmin günlərdə ali nümayəndənin (Borrelin) təşkilatçılığı ilə Aİ Şurasının xarici işlər üzrə rəsmi iclası keçirilərsə, nazirlər Budapeştə gedə bilməyəcəklər".
Nəşrə məlumat verən digər mənbə qeyd edib ki, xarici işlər nazirləri Budapeştdəki görüşü boykot etməklə, "Macarıstanın Aİ adından çıxış etmədiyi barəsində qəti siqnal göndərmək istəyirlər".
Qəzeyin yazdığına görə, bir sıra Aİ ölkələri, o cümlədə Almaniya lə Fransa paralel görüşün keçirilməsini müzakirə edirlər. Müvafiq planın çərşənbə günü təqdim edilməsi gözlənilir.
Hürr Tərcüman