Polşaya S-300 raketləri düşüb – Rusiya MN

2022-11-16 14:57:00

Polşaya S-300 raketləri düşüb – Rusiya MN

Mütəxəssislər Polşadakı partlayış yerindən çəkilmiş şəkillərdə raket parçalarının Ukraynaya məxsus S-300-ün elementləri olduğunu müəyyən ediblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Rusiya MN qeyd edib ki, rus ordusu Ukrayna-Polşa sərhədi bölgəsində heç bir hədəfə zərbə endirməyib:

“Varşavanın Moskvanın iştirakı ilə bağlı bütün bəyanatları təxribatdır”.

Qeyd edək ki, 15 noyabr gecəsi Polşanın Ukrayna ilə sərhəddəki Lyublin ərazisinə iki raket düşüb, nəticədə iki mülki şəxs həlak olub. Polşa raket zərbəsində Rusiyanı ittiham etsə də, Moskva bu ittihamları rədd edib.

axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.189702