Polşaya düşən raketlərlə bağlı - Ağ Evdən açıqlama

2022-11-19 10:22:00

Polşaya düşən raketlərlə bağlı - Ağ Evdən açıqlama

ABŞ Polşada düşən raketlərin Ukraynaya məxsus olduğunu hesab edir, Vaşinqton və Varşava vəziyyəti aydınlaşdırmaq üçün Kiyevlə əlaqə saxlayıblar.

Hurriyyet.az TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün müntəzəm brifinqdə təsdiqləyib.

“Biz açıq şəkildə demişik ki, bizdə olan məlumatlar Prezident Dudanın (Polşa Prezidenti Andjey Duda-red.) ilkin qiymətləndirməsini təsdiqləyir ki, bu (partlayış-red.), çox güman, Ukraynanın hava hücumundan müdafiə raketinin Polşada təəssüf ki, düşməsinin nəticəsidir”, - Jan-Pyer deyib.

“Ancaq burada əsas şey, Ukraynanın, dəfələrlə dediyimiz kimi, özünü müdafiə etmək hüququna sahib olmasıdır”, - deyən Ağ Evin sözçüsü bu faciəli hadisəyə görə məsuliyyət daşıyan tərəfin Ukraynaya bir sıra raketlər atan Rusiya olduğunu əlavə edib.

Xatırladaq ki, noyabrın 15-i Polşa ərazisinə 2 raket düşüb. Raketlərin taxıl qurutma maşınlarına dəyməsi nəticəsində iki nəfər həlak olub. Polşanın Xarici İşlər Nazirliyi raketlərin Rusiya istehsalı olduğunu bildirib. Buna baxmayaraq, Polşa Prezidenti Andjey Duda qeyd edib ki, Varşava ölkəyə məhz hansı ölkənin raketlərinin düşməsi barədə dəqiq məlumata sahib deyil. Amerikalı məmurlar isə, Ukrayna qoşunlarının Rusiya raketlərini vurmaq üçün atdığı raketlərin Polşaya düşdüyünü deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski Polşa ərazisinə düşən raketin Ukraynanın deyil, Rusiyanın olduğuna şübhə etmədiyini bildirib. ABŞ Prezidenti Co Bayden isə Zelenskinin bu açıqlamasına “bu, sübut deyil”, - deyə cavab verib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.147828