Saat:16:31
Haqqımızda

Polşanın qərarından sonra Lüksemburqdan açıqlama: “Avropa İttifaqı dağılacaq”

2021-10-19 15:53:00

Polşanın qərarından sonra Lüksemburqdan açıqlama: “Avropa İttifaqı dağılacaq”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki,  Lüksemburqun Xarici İşlər naziri Jan Asselborn Avropa İttifaqı Şurasının daxili işlər üzrə iclasında qurumun üzvlərinin hüququn aliliyi prinsipinə riayət etməyəcəkləri təqdirdə, Aİ-nin məhv olmaq təhlükəsi ilə üzbəüz qalacağını bildirib.

O, bu sözləri Polşanın Konstitusiya Məhkəməsinin milli konstitusiyanı Brüssel qanunvericiliyindən üstün tutmaq qrəarından danışarkən söyləyib: “Hadisələrin belə inkişafı Avropa İttifaqını məhv edəcək. Avropa demokratiya, azadlıq, qanunun aliliyi və ona hörmət üzərində qurulub”.

Oktyabrın 18-də Polşanın Baş naziri Mateuş Moravetski bəyan eləmişdi ki, Aİ mərkəzləşdirilmiş dominant quruma çevrilir və üzv ölkələrə öz iradəsini diqtə eləməyə başlayıb. Siyasətçi Aİ-nin bərabər və azad dövlətlərin birliyi kimi qurulduğunu qeyd edib.

14 oktyabr tarixində Polşanın Xarici İşlər nazirinin müavini Pavel Yablonski Aİ barəsində Müqaviləyə dəyişiklik eləməyi təklif edib. Polşa iqtidarı diqqətə çatdırıb ki, Brüsselin inütitutları getdikcə daha çox Aİ-in ali hüquq aktında əks edilməyən səlahiyyətlərini mənimsəməyə çalışırlar.

Oktyabrın 7-də Konstitusiya məhkəməsi Polşanın Konstitusiya hüququnun Avropanın Kontsitusiyasından üstün olduğu qərarını verib. Hakimlər Polşanın öz Konstitusiyasını istənilən digər hüquq normalarından üstün hesab ediblər.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR