Saat:04:59
Haqqımızda

Polşanın Baş naziri Putinin planlarından danışdı – bu tarixdə yeni hücumlar gözlənilir

2023-02-02 14:50:00

Polşanın Baş naziri Putinin planlarından danışdı – bu tarixdə yeni hücumlar gözlənilir

Hurriyyet.az xəbər verir ki, Polşanın Baş naziri Mateuş Moravetski Almaniyanın “Bild”  nəşrinə müsahibəsində RF Prezidenti Vladimir Putinin iki-üç istiqamətdə irəliləmək və Kiyevə yenidən hücum etmək niyyətində olduğunu söyləyib. Onun fikrincə, Putin özünün məğlubedilməz fiqur olduğunu xalqına göstərmək üçün yenidən Ukraynanın paytaxtına hücum edə bilər. Moravetski ukraynanlıların Belarusla şimal sərhədlərdən də hücumu istisna etməməli olduqlarını söyləyib. O, hazırda qışın mülayiş keçdiyindən zəminin ağır tank və artilleriyaların keçidi üçün münasib olmadığını söyləyərək deyib: “Ona görə də, çox güman ki, Putin palçığın, bataqlığın qurumasını gözləyəcək... Ukraynadan aldığım məlumata görə, bilirəm ki, mart, yaxud da aprel ayında rusiyalılar bir daha hücum edəcəklər. Çox ağır hücum olacaq”.

Polşanın Baş naziri Kremlin 200-250 min civarında yeni əsgərləri səfərbərliyə aldığını da qeyd edərək deyib: “Rusiyanın resurslarının həqiqətən də böyük olduğunu, ciblərinin isə dərin olduğunu unutmamalıyıq. Onların silah-sursatı da, adamları da çoxdur”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.240345