Saat:04:29
Haqqımızda

Polşanın Baş naziri: "Avropa müharibə astanasındadır"

2024-03-29 12:45:54

Polşanın Baş naziri:

Hurriyyet.az xəbər verir ki, Polşanın baş naziri Donald Tusk “El Pais” nəşrinə müsahibəsində deyib:  "Avropa “müharibədən əvvəlki” dövrdədir, təhlükəsizliyin pisləşməsi fonunda  Avropanı “istənilən ssenarilərin” inkişafı ehtimalı narahat edir". 
Tusk deyib: "İndi bizi ən çox narahat edən sözün əsl mənasında istənilən ssenarinin mümkünlüyüdür... Biz müharibə astanasındayıq. Mən şişirtmirəm. Bu, gündən-günə daha aydın görünür”.
Onun fikrincə, Avropa 1945-ci ildən bəri hadisələrin belə inkişafı ilə üzləşməyib.
Bununla əlaqədar olaraq, Tusk Qərb ölkələrini Kiyevə müharibədə yardımı davam etdirməyə və “Ukraynanın müstəqil və bütöv dövlət kimi qorunub saxlanmasını” müdafiə etməyə çağırıb.
Polşanın Baş naziri Ukraynada müharibənin uzanacağını da istisna etməyib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.254689