Polşanın Baş naziri Almaniyanın Ukrayna siyasətini kəskin tənqid edib

2022-09-10 21:29:00

Polşanın Baş naziri Almaniyanın Ukrayna siyasətini kəskin tənqid edib

Polşanın Baş naziri Mateuş Moravetski Almaniya hökumətinin Ukrayna və enerji ilə bağlı siyasətini kəskin tənqid edərək, bunun Avropaya çox böyük ziyan vurduğunu deyib.

O, bu barədə “Der Spiegel” jurnalına müsahibəsində bildirib.

“Berlinin həmişə öyündüyü Almaniyanın enerji siyasətinin bərbad olduğu aydınlaşır. Kömür və nüvə enerjisinin mərhələli şəkildə dayandırılması vaxtından əvvəl idi və bizə “Şimal axını” və “Şimal axını - 2”nin tikintisi və bununla bağlı Rusiyadan asılılıq barədə danışmağa belə ehtiyac yoxdur. Almaniya siyasəti Avropaya böyük ziyan vurdu.”-deyə, o bildirib.

Polşanın baş naziri Almaniya hakimiyyətinin Ukraynadakı vəziyyətlə bağlı mövqeyini tənqid edib:

“Almanların, xüsusən də müharibənin ilk aylarında tutduğu mövqe çox məyusedici idi. Biz əminik ki, Ukrayna təkcə öz yaşaması üçün deyil, həm də Avropanın azadlığı üçün mübarizə aparır. Almaniyanın enerji siyasətindəki səhvlərini belə gec etiraf etməsi Polşa tərəfini məyus edib. Rusiya boru kəmərlərindən silah kimi istifadə edir və Almaniya həmişə Moskvaya qarşı çox yumşaq davranıb, Rusiyaya boyun əyir”. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.052532