Polşada seçkilər - Müxalifətçi Prezident oldu
2025-06-02 11:27:54

Hurriyyet.az xəbər verir ki, Polşada keçirilən prezident seçkilərinin qalibi müxalifətdə olan "Hüquq və ədalət" partiyasından namizəd Karol Navrotskidir.
O, seçkilərin ikinci turunda qələbə qazanıb. Dövlət Seçki Komissiyası bülletenlərin 100%-nin hesablanmasından sonra bu barədə məlumat verib.
Narvotski səslərin 50,89 faizini qazanıb. Hakim "Vətəndaş koalisiyası" partiyasının namizədi və paytaxt Varşava şəhərinin meri olan Rafal Tşaskovski səslərin 49,11 faizini toplayıb.
Hürr Tərcüman
