Polşada Rusiya təcavüzünə HAZIRLIQ: Sərhəddə yeni briqadalar yaradılır

2022-07-21 22:24:00

Polşada Rusiya təcavüzünə HAZIRLIQ: Sərhəddə yeni briqadalar yaradılır

Rusiyadan hərbi təcavüz təhlükəsinin artması Polşanı zəruri tədbirlər görməyə vadar edib.

Polşanın müdafiə naziri Mariuş Blaşak Ukrayna ilə sərhəd ərazilərdə yeni briqadaların yaradılmasına başlanıldığını bildirib.

Nazirin sözlərinə görə, yeni briqadaların komplektləşdirilməsi üçün paytaxt Varşava, o cümlədənUkrayna ilə sərhədə yaxın ərazidə yerləşən Xelm və Pşemısl şəhərlərində toplanış elan edilib.

Qeyd olunur ki, Varşavada formalaşdırılacaq briqada paytaxtın müdafiəsi ilə məşğul olacaq, digər iki briqada isə Sərhəd Xidmətinin qüvvələri ilə əlaqəli fəaliyyət göstərəcək.

Yeni briqadaların öz komanda qərargahları, yüngül piyada taborları, xüsusi bölmələri, həmçinin maddi-texniki, istehkam və tibbi taborlarının olması nəzərdə tutulub. \\Yenicag.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056471