Saat:23:34
Haqqımızda

Polşa XİN Baydenə MƏSLƏHƏT VERİB

2021-12-06 21:41:00

Polşa XİN Baydenə MƏSLƏHƏT VERİB

Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaç deyib ki, Varşava prezident Co Baydenin dekabrın 7-də rusiyalı həmkarı Vladimir Putinlə qarşıdakı danışıqlarda qətiyyət nümayiş etdirməsini gözləyir. Diplomat bu barədə Polşa radiosunun efirində bildirib.

Pşidaç xatırladıb ki, Bayden 1990-cı illərdə NATO-nun Şərqi Avropaya genişlənməsində iştirak edən siyasətçilərdən biri olub və prezident Barak Obama (2009-2017) dövründə də bu xəttə sadiq qalmağa davam edib. O vurğulayıb ki, Rusiya və ABŞ yalnız bərabərhüquqlu tərəfdaş kimi danışıqlar apara bilər. \\ AzVision.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR