Polşa Ukraynanın təminatçısı olacaqmı?

2022-05-30 15:45:00

Polşa Ukraynanın təminatçısı olacaqmı?

Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Polşa Prezidenti Anjey Duda CNN kanalına müsahibəsində müharibədən sonra ölkəsinin Ukraynanın təhlükəsizliyinin təminatçılarından biri olmağa hazır olduğunu bildirib. Duda deyib: “Əlbəttə, NATO-ya daxil olacağı təqdirdə beynəlxalq təhlükəsizlik təminatı almaq arzusu qeyri-mümkündür. Bu, sabit sülh əldə eləmək  üçündür”.

Dudanın sözlərinə görə, Ukrayna Polşadan onun təhlükəsizliyini təmin edən ölkələrdən biri olmağı xahiş edib.

Duda deyib: “Bu gün biz var qüvvəmizlə Ukraynanı müdafiə edirik. Biz ukraynalı qaçqınları qəbul eləmişik, onları qonşumuz, qonağımız adlandırırıq. Çünki bunu özünüzün qonşuluq vəzifəsi hesab edirik. Ona görə də, Ukrayna bizdən müharibə başa çatandan sonra sülhün və təhlükəsizliyin təminatçısı olmağını istəyibsə, Polşada bunda iştirak edəcək”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya