Saat:15:56
Haqqımızda

Polşa Ukraynanı Aİ-yə buraxmaya bilər - KİV

2024-03-31 00:39:19

Polşa Ukraynanı Aİ-yə buraxmaya bilər - KİV

Ukraynanın Avropa bazarına, xüsusən də Ukraynanın kənd təsərrüfatı mallarına rüsumsuz çıxışı bir çox Avropa ölkələrində narazılığa səbəb olur və bu vəziyyət Ukraynanın Avropa İttifaqına daxil olmasını əngəlləyə bilər. 

Bu barədə "Foreign Policy" məlumat yayıb.

"Bu, ən çox Ukraynanın qonşusu Polşada özünü büruzə verir. Varşava əvvəlcə Kiyevi ciddi şəkildə dəstəkləyib, lakin son vaxtlar Kiyevə və əsasən də onun Avropa İttifaqına üzvlüyünə qarşı daha çox təmkin nümayiş etdirib", deyə nəşr yazır.

Qəzet oxuculara xatırladır ki, polşalı fermerlər etiraz aksiyaları çərçivəsində bazarda Ukraynanın kənd təsərrüfatı məhsulları ilə bağlı anti-Ukrayna əhval-ruhiyyəsinin daşıyıcılarıdır.

Bundan əvvəl Polşanın baş naziri Donald Tusk Polşa-Ukrayna hökumətlərarası məsləhətləşmələrinin yekunlarına əsasən, Varşava və Kiyev kənd təsərrüfatı məhsullarının ticarətindəki problemləri həll etmək üçün Ukrayna məhsullarının idxalı ilə bağlı Bolqarıstan və Rumıniya hakimiyyət orqanları tərəfindən əvvəllər görülmüş tədbirləri nəzərə alacaqlar.

Tuskun sözlərinə görə, danışıqlar zamanı tərəflər Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalı üçün kvotaların müəyyən edilməsi məsələsində, eləcə də Ukrayna məhsullarının Polşa ərazisindən tranziti məsələsində irəliləyiş əldə ediblər.

Öz növbəsində, polşalı fermerlər Ukraynadan gələn kənd təsərrüfatı məhsullarına etirazlar fonunda hökumətin istefasını tələb etmək niyyətindədirlər. \\Qaynarinfo.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR