Polşa Rusiyaya NOTA VERDİ

2022-11-16 13:58:00

Polşa Rusiyaya NOTA VERDİ

Rusiya səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Hurriyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa XİN-dən məlumat verilib.

Bildirilib ki, Rusiyadan Polşa ərazisinə iki raketin düşməsi ilə əlaqədar rus diplomata etiraz notası təqdim edilib.

Xatırladaq ki, noyabrın 15-də Polşanın Ukrayna ilə sərhəddən 5 km məsafədə yerləşən Pşevodov kəndinə iki raket düşüb. Hadisə nəticəsində 2 nəfər ölüb. NATO üzvü olan Polşanın ərazisindəki partlayışın Rusiyanın ötən gün Ukraynaya genişmiqyaslı hava hücumu ilə əlaqədar olduğu güman edilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.287198