Saat:04:53
Haqqımızda

Polşa Rusiya ilə müharibəyə hazırlaşır

2024-02-06 17:09:32

Polşa Rusiya ilə müharibəyə hazırlaşır

Hurriyyet.az xəbər verir ki, Polşanın müdafiə naziri Rusiyanın NATO ölkələrinə hücum edəcəyi ehtimalını istisna eləmədiyini bildirib.
Polşanın müdafiə naziri və baş nazirinin müavini  olanVladislav Kosinyak-Kamış "Super Ekspress" qəzetinə müsahibəsində bu açıqlamanı verib. Jurnalistin Ukraynanın müharibədə məğlub olacağı təqdirdə Rusiyanın Polşaya birbaşa hücumunun mümkün olub-olmadığı sualının cavabında nazir deyib: "Mən bütün ssenarilərə ehtimal verirəm və onların ən pislərinə tamamilə ciddi yanaşıram. Bu gün bizim vəziyyətimizdə müdafiə nazirinin qarşısında duran məsələ budur".
O, dediklərinin sadəcə söz olmadığını qeyd edib - "diqqətlə ölçüb-biçib danışmağa çalışdığını" bildirib. 
"Bütün ssenarilərə hazır olmalıyıq. Buna görə də audit keçiririk, nəticələr çıxarırıq, xüsusilə də silahlanma məsələsində boşluqları doldururuq. Böyük satınalmalar çox mühümdür. Həmçinin, əsgərlərin fərdi təchizatı da mənim üçün çox vacibdir".
Vladislav Kosinyak-Kamışın sözlərinə görə, Polşa Avropa İttifaqının ümumi müdafiəsində çox mühüm rol oynayacaq və Aİ Komissiyası bundan xəbərdardır.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.187654