Polşa Prezidenti: “Paket təsadüfən bizim ərazimizə düşüb”

2022-11-16 15:56:00

Polşa Prezidenti: “Paket təsadüfən bizim ərazimizə düşüb”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Polşa Prezidenti Ancey Duda ölkə ərazisinə raket düşməsini qəsdən edilən hücum yox, təsadüf hesab elədiyini bildirib.

Polşa Prezidenti hökumətin Baş Qərargah rəhbərliyi və məsul xidmətlərlə görüşündən sonra keçirilən Təhlükəsizlik Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında dünən Polşanın şərqinə raket düşməsi faktından danışıb. Qeyd edək ki, raketin partlaması nəticəsində iki nəfər Polşa vətəndaşı həlak olub.

Duda deyib: “Bunun Polşaya qəsdən edilmiş hücum olduğunu göstərən heç bir əlamət yoxdur. Bu raketin hədəfi Polşa olmayıb”.

Onun sözlərinə görə, Polşa ərazisinə düşmüş raketin Ukrayna HHM sistemlərinə məxsus olduğu güman edilir. Onun RUsiya tərəfindən atıldığını göstərən heç bir sübut yoxdur.

Dünya mətuatının yazdığına görə, ABŞ kəşfiyyatı raketlərin Rusiya tərəfindən Ukranaya atıldığını, lakin Polşa ərazisinə düşdüyünü xəbər verib. Pentaqon isə bu məlumatı təsdiqləməyib. Prezident Bayden isə, əksinə, raketin Rusiyaya məxsus olmadığını söyləyib.

Rusiya MN isə raketin Rusiya tərəfində atılmadığını bəyan edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.103997