Saat:03:56
Haqqımızda

Polşa Prezidenti İrəvanda: "Rusiya Qafqazda ağalıq etmək istəyir"

2024-11-26 13:56:27

Polşa Prezidenti İrəvanda:

Hurriyyet.az xəbər verir ki, Polşa Prezidenti Andjey Duda Rusiyanın Cənubi Qafqada dominantlıq etməyə can atdığını söyləyib.
İrəvanda erməni həmkarı Vahaqn Xaçaturyanla birgə mətbuat konfransı keçirən Duda deyib: "Rusiyanın Ukraynaya qarşı təcavüzkar əməlləri nəticəsində bizim regionumuzda da qeyri-sabitlik hökm sürür. 
Hərbi vəziyyət də Qafqaza birbaşa təsir göstərir. Rusiya bu regionda dominantlıq etməyə çalışıq, biz bunu görürük. Biz bütün münaqişələrin sülh yolu ilə həll edilməsini istəyirik".
Polşa Prezidenti Ermənistanın Avropa sivilizasiyası ilə yaxınlaşmasını yüksək qiymətləndirdiyini söyləyərək deyib: "Ermənistan ilə siyasi münasibətlərin bundan sonra da canlanması və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı bizim üçün böyük əhəmiyyətə malikdir".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.209705