Saat:22:05
Haqqımızda

Polşa Prezidenti Ermənistan-Azərbaycan sərhədində patrulluq edib

2024-11-27 16:49:35

Polşa Prezidenti Ermənistan-Azərbaycan sərhədində patrulluq edib

Hurriyyet.az xəbər verir ki, Polşa Prezidenti Andjey Duda Ermənistanın Azərbaycanla sərhədində patrulluq edib.
Polşa Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 27-də Yerasx (1968-ci ilə qədər Arazdəyən) icması ilə görüşüb, Kanada ilə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası ilə birlikdə Azərbaycanla sərhəddə patrulluq fəaliyyətində iştirak edib.
Polşa Prezidentinin X şəbəkəsindəki səhifəsində onun missiyanın tərkibindəki polyaklarla da görüşdüyü qeyd edilib.
Avropa İttifaqının Ermənistandakı missiyasına Markus Ritter rəhbərlik edir, onun müavini isə polyak Marek Kuberskidir.
Avropa İttifaqının Ermənistandakı missiyası 2023-cü ilin 20 fevral tarixindən bəri 2 illiyə bu ölkəyə yerləşdirilib. İlkin heyət 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müşahidə edən missiyanın 209 nəfərə qədər genişləndiyini elan edib.
Azərbaycan tərəfi dəfələrlə, açıq şəkildə  öz sərhədləri yaxınlığında missiya yerləşdirilməsinə etirazını bildirib.
Qeyd edək ki, Qərbi Azərbaycanın Vedibasar mahalının 1968-ci ildən bəri Yerasx adlanan Arazdəyən kəndi Ermənistanın Azərbaycanla bağlı sərhədə ən yaxın məntəqəsidir.
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəd olan Arazdəyən kəndi ətrafındakı yüksəklikdə Ermənistan və Azərbaycan Ordusunun mövqeləri üzbəüzdür. Arazdəyən vaxtilə azərbaycanlıların yaşadığı və sonralar deportasiya edildiyi kənddir.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.202046